CƏMİYYƏT


Biləsuvar sakinindən narkotik götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.