CƏMİYYƏT


Bakıda aptek və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq içəridəki kassadan 1200 manatın oğurlanması barədə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Abdulrəhman Dadaşov qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.