CƏMİYYƏT


“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzi bölgələrdə yeni layihəyə başlayıb

Noyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar şabranlı məktəblilərin görüşünə gəlib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin “Könüllü oxu” adlanan birgə layihəsi çərçivəsində keçirilən görüş Şabran Mədəniyyət Mərkəzində təşkil olunub.