CƏMİYYƏT


“Azərbaycan ailəsi-2018” film festivalının qalibləri mükafatlandırılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub. AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.