CƏMİYYƏT


Gömrükçülər külli miqdarda narkotik vasitə aşkarlayıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.