CƏMİYYƏT


Cəlilabad rayon sakini olan narkobaron saxlanılıb

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində axtarış aparılan zaman satış üçün hazır qablaşdırılmış formada 34 bükümdə ümumi çəkisi 15 qrama yaxın heroin, həmçinin 2 büküm metamfetamin aşkar olunaraq götürülüb.