CƏMİYYƏT


“Azərxalça” ASC-nin Quba filialında bu il 130 ədəd xalça toxunub

Bir ildir fəaliyyətə başlayan “Azərxalça” ASC-nin Quba filialında 365 kvadratmetr olmaqla, 130 ədəd xalça toxunub. Müəssisədə yüzə yaxın xalçaçı işlə təmin olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə dekabrın 7-də xalça fabrikinin istifadəyə verilməsinin bir illiyi münasibətilə kollektivlə keçirilən görüşdə bildirilib.