CƏMİYYƏT


FHN: Qubada orta məktəbdə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kənd orta məktəbində yanğının baş verməsi barədə məlumat daxil olub. FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal hadisə yerinə cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.