CƏMİYYƏT


Çöl quşlarını qanunsuz ovlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı, əvvəllər məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb. Onun idarə etdiyi “Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və 4 ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb.