CƏMİYYƏT


“ASAN xidmət”in yeni siması - Mr.ASANT

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat veriblər. Qarışqalar heç vaxt təslim olmurlar. Gələcək planlar qurmaq, təkcə bu günü yox, sabahı düşünmək onlara xasdır. Mr.ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara kömək edəcək, dost kimi yanlarında olacaq. Məqsəd vətəndaşlara daha yaxın olmaq, maskot vasitəsilə ASAN-la emosional bağlılığı artırmaqdır.