CƏMİYYƏT


Bakıya 42 min saxta avro gətirən şəxslər saxlanılıb

Baş İdarəyə ölkədə fəaliyyət göstərən banklardan birindən Fərhad və Asəf adlı şəxslərin saxta 17 min avronu 32 min 606 manata mübadilə etmələri barədə məlumat daxil olub. Təqdim edilən 500 avroluq əsginaslardan ibarət pulların saxta olması müəyyənləşdiriləndən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbiri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadə görülmüş tədbirlərlə saxlanılıblar. Baxış zamanı saxlanılan şəxslərin paytaxtdakı ofislərindən əlavə olaraq saxta 25 min avro məbləğində əsginaslar və digər maddi sübutlar aşkarlanaraq götürülüb.