CƏMİYYƏT


“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alındı

Bu müraciət Şəki “ASAN xidmət” mərkəzinə Şəki şəhər sakini Nadir Paşayev tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb. 26 milyonuncu müraciətin sahibi Nadir Paşayev təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.