CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Konfransı açan Baş nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük xidmətlərini qeyd edib. O, Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amili təşkil etdiyini, Ümummilli Liderin Azərbaycanda sosial dövlət ideyasını uğurla gerçəkləşdirdiyini vurğulayıb.