Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mingəçevirdə Şərq tibb zəlisi yetişdirilir REPORTAJ

01.01.2019 [15:00]

Xəbərin mətni
AMEA-nın Zoologiya İnstitunun Mingəçevir Elmi-Təcrübə Stansiyasında ölkəmizdə zəliçiliyi inkişaf etdirmək və zəli satışını daha gəlirli sahəyə çevirmək üçün elmi proqram əsasında geniş təcrübə işlərinə başlanılıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Mingəçevir Elmi Təcrübə Stansiyasının müdiri Hicran İsgəndərova deyib. Alim bildirib ki, zəliçiliyin inkişaf etdirilməsində əsas məqsəd bir çox xəstəliklərin müalicəsində effektiv vasitə olan zəlini təmiz, steril şəraitdə yetişdirmək və ölkəmizdə onun satışını təşkil etməkdir.