CƏMİYYƏT


Bu il iki dəfə Ay tutulması hadisəsi baş verəcək

İlk Ay tutulması yanvarın 21-də saat 07:34-10:51-də müşahidə ediləcək. Ay tam tutulsa da, Azərbaycanda görünməyəcək. Bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq. Qismən Ay tutulması isə iyulun 17-də saat 00:03-dən 02:59-dək olan vaxtı əhatə edəcək. Həmin hadisə Azərbaycanda da müşahidə olunacaq.