CƏMİYYƏT


Bu sığınacaqda 350 sahibsiz it yaşayır

Bakı sakini Fərid Mansurov öz bağında heyvanlar üçün sığınacaq düzəldib. Burada 350 sahibsiz it yaşayır. Bu itlərin əksəriyyəti xəstə, şikəst və yaralı halda sığınacağa gətirilib, müalicə olunaraq həyata qaytarılıb. Buradan həm sağlam, həm də şikəst itləri sahiblənmək də mümkündür. Fərid Mansurov deyir ki, insanlar daha çox sağlam itləri sahiblənməyə üstünlük verir, çünki şikəst itlərə qulluq etməyin çətin olduğunu deyirlər.