CƏMİYYƏT


Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 374 müraciət cavablandırılıb

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 min 374 müraciət daxil olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlbolunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğulardan ibarət olub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır