CƏMİYYƏT


Üzərində heroin aşkar olunan 2 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyev saxlanılıb. Onun üzərinə baxış zamanı 451 qramdan artıq heroin aşkar edilərək götürülüb.