CƏMİYYƏT


Restoranlarda atmosferə atılan tullantılarla bağlı son vəziyyət yoxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri media nümayəndələrinin iştirakı ilə paytaxtın Binəqədi və Nəsimi rayonlarında yerləşən bir-neçə restoranda atmosferə atılan tullantılarla bağlı son vəziyyəti yoxlayıb. Müşahidələr zamanı bu ünvanda yerləşən restoranlarda təmizləyici qurğuların quraşdırıldığı məlum olub.