CƏMİYYƏT


Çörəyin israf olunmaması üçün nə etməli ARAŞDIRMA

Ölkəmizdə hər il təxminən 1.2 milyon ton çörək istehsal olunur. Təəssüflə qeyd etməliyik ki, bunun da təxminən 20 faizi israfa gedir. Mütəxəssislər bildirir ki, çörəyin israf olunmasının əsas səbəblərindən biri bizim insanların daha çox təzə bişirilmiş isti çörəklərə üstünlük verməsidir. Həmçinin insanların yeyə biləcəklərindən daha çox çörək alması da israfa səbəb olur.