CƏMİYYƏT


Xızıda civə satan şəxs saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Giləzi qəsəbəsində satış məqsədilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.