CƏMİYYƏT


BNA dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 22-si səhər saatlarınadək davam edəcək. Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almaları, ara məsafəsini normadan artıq saxlamaları və yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.