CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edib. Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ünvanlayıblar.