CƏMİYYƏT


Nejdet Erkan: “Metsamor” AES-dəki reaktorun fəaliyyəti dayandırılmalıdır

Bütün köhnə reaktorlar kimi “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır, Yaponiya “Fukuşima-1” AES-də baş verən qəzadan bu dərsi alıb. Bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) mütəxəssislər qrupunun Ermənistanın “Metsamor” AES-ində aparılan araşdırmalarla bağlı rəyinə münasibət bildirən Tokio Universitetinin dosenti, fizika elmləri üzrə fəlsəfə doktoru, Nüvə Mühəndisliyi və Menecmenti Departamentinin tədqiqatçısı Nejdet Erkan AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib.