CƏMİYYƏT
2020-ci ildə icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək
26.01.2019 [14:38]
2019-cu il icbari tibbi sığortanın ölkə üzrə tətbiqi üçün hazırlıq ilidir. 2020-ci ildən isə icbari tibbi sığorta ölkə üzrə bütün tibb ocaqlarında tətbiq olunmağa başlayacaq. Hazırda Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot olaraq həyata keçirilir. 2020-ci ildən sığortalanmış əhalinin əldə edə biləcəyi xidmətlərin siyahısı genişlənəcək. Tibb ocaqlarında göstəriləcək xidmətləri əhatə edən təminat zərfinin iki ay ərzində hazır olacağı gözlənilir.