CƏMİYYƏT


Mərkəzi Neftçilər Xəstəxanasında transoral endoskopik tireoidektomiya əməliyyatı aparılıb

Hazırda dünyada digər sahələr kimi tibb də sürətlə inkişaf edir. Texnoloji inkişaf səhiyyəyə də öz töhfəsini verir. Bütün cərrahiyyə əməliyyatların minimal invaziv üsullarla icrasına başlanılıb. Yəni laporoskopik endoskopik əməliyyatlar həyata keçirilir. Demək olar ki, hər bir orqan üzərində belə cərrahi müdaxilə icra oluna bilir. Hazırkı əməliyyat transoral endoskopik tireoidektomiya, yəni ağız içindən zob əməliyyatı - izsiz tireoidektomiyadır. Bu sözləri kütləvi informasiya vasitələrinə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov deyib.