CƏMİYYƏT


Əvvəllər məhkum olunmuş şəxsdən heroin götürülüb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş paytaxt sakini Əfqan Məmmədov saxlanılıb. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.