CƏMİYYƏT


Uzun fasilədən sonra Azərbaycanda gözün buynuz qişasının transplantasiyası əməliyyatlarına start verilib

Azərbaycanda 3 mindən artıq xəstənin növbə gözlədiyi gözün buynuz qişasının transplantasiyası əməliyyatlarına start verilib. Əməliyyatlar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra olunur. Respublika Müalicəvi Diaqnostika Mərkəzində ilk əməliyyatı Oftalmoloq-cərrah Xəlil Hüseynov icra edib. Həkim belə əməliyyatların davamlı olacağını vurğulayıb.