CƏMİYYƏT


Bayılda evdən içərisində qızıl-zinət əşyaları olan seyf oğurlanıb

Fevralın 1-də Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsində yaşayan paytaxt sakini Şakir Eminbəyli Səbail rayon Polis idarəsinə müraciət edərək bildirib ki, yaşadığı evin ikinci mərtəbəsindəki pəncərə və dəmir barmaqlıqlar sındırılaraq ona məxsus içərisində qızıl-zinət əşyaları və sənədlər olan seyf oğurlanıb.