CƏMİYYƏT


Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Fevralın 2-si saat 21:00 radələrində Binəqədi rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Elşən Əsgərov saxlanılıb.