CƏMİYYƏT


Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıb

Bakıda bir gündə iki mənzildən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. Naməlum şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30 min manat olan qızıl-zinət əşyaları, iki ədəd televizor və noutbuk oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov saxlanılıblar.