CƏMİYYƏT


DSX-nin keçirdiyi əməliyyatlar nəticəsində 22 kiloqramadək narkotik vasitə ələ keçirilib

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində son günlər Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib. Nəticədə 21 kiloqram 775 qram narkotik vasitə, 261 ədəd psixortop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçirilməsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan iki nəfər həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır