CƏMİYYƏT


Əməkhaqqının artması üçün dövlət büdcəsindən minimum 335 milyon manata yaxın vəsaitin xərclənməsi gözlənilir

Növbəti illər üçün dövlət büdcəsindən bununla bağlı 400 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Onlardan 270 milyon manatı dövlət sektorunda çalışan əhalinin əməkhaqqının artırılmasına yönələcək. 130 milyon manatı isə vergi və sığortaların təmin edilməsinə istiqamətlənəcək. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuat konfransında deyib.