CƏMİYYƏT


DTX: Hədə-qorxu yolu ilə vətəndaşlardan pul almaqda şübhəli bilinən baş redaktor cinayət məsuliyyətinə cəlb edilib

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb. O, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır