CƏMİYYƏT


Əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdə “Makarov” markalı tapança aşkar edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə əvvəllər məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.