CƏMİYYƏT


Qonşusunun evini yarıb özünə maşın aldı - Təfərrüatları danışdı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları cari ilin əvvəlində rayonun Vəlvələ kəndində yerləşən evlərin birindən 18 min manat və 790 min rus rublu oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs Vəlvələ kənd sakini Elşad Əhmədəliyevdir.