CƏMİYYƏT


Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Gürcüstandan "VAZ-2105" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindəki örtüyün alt hissəsinə düzülmüş üzərində "Marlboro Edge" sözləri yazılan 2200 ədəd, üzərində Parliament Silver Blue" sözləri yazılan 400 ədəd, üzərində "R1" sözləri yazılan 200 ədəd siqaretlər və nəqliyyat vasitəsinin mühərrikindən 2400 ədəd üzərində "Qilzı papirosnıe" yazılan tütün doldurmaq üçün xüsusi kağız bükümlər aşkarlanıb.