CƏMİYYƏT


ABŞ-da həmyerlimizi qətlə yetirən şəxs həbs olunub

ABŞ-da yaşayan azərbaycanlı Elçin Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən Tayron Lamark həbs edilib. Polis onu Texas ştatında saxlayıb. Hadisə bu il yanvarın 14-də Şimali Karolina ştatının Şarlot şəhərində baş verib. Qatil Elçin Xəlilovun sahibi olduğu telefon təmiri mağazasına qarət məqsədilə olaraq ona atəş açıb. Aldığı yaradan həmyerlimiz xəstəxanada dünyasını dəyişib.