CƏMİYYƏT


Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib

Dohada Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan ilə Qətər arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Taninin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.