CƏMİYYƏT


Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürüldü

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhəri sakini, əvvəllər məhkum olunmuş Elsevər Təhməzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evdən əlavə olaraq çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.