CƏMİYYƏT


İnsanları aldadaraq onların pulunu ələ keçirən xaricilər saxlanılıb

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman iki nəfər Türkiyə türkcəsində danışan xarici ölkə vətəndaşı ona yaxınlaşaraq Azərbaycanda olan ən böyük pul əskinasları barədə ondan məlumat istəyiblər. Əli Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə onlardan biri əskinaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb. Geri qaytaran zaman isə onlar Əli Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.