Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda 20-40 yaş arasında olan əhali qızılcaya qarşı peyvəndlənir

11.03.2019 [16:47]

2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiyada qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb. Ölkəmizdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Binəqədi rayonu 10 saylı şəhər poliklinikasında artıq 100-dən çox insan immunlaşmaya cəlb olunub.