CƏMİYYƏT


Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.