CƏMİYYƏT


Bakıda avtomobilləri və bank kartlarını qeyri-adi üsulla talayan qardaşlar tutulub

Şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər. Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır.