CƏMİYYƏT


Bakıda 14 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb. Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonlarından pul, telefon və digər qiymətli əşyalar oğurladığı məlum olub. Əməliyyat tədbirləri ilə onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib.