CƏMİYYƏT


Dəfələrlə məhkum olunmuş şəxsdən tapança götürülüb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat həyata keçirilib. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 23 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır