CƏMİYYƏT


Bakıda qadınlara zor tətbiq edən şəxs saxlanılıb

Bir neçə gün əvvəl Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb. Hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.