CƏMİYYƏT


Əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdən narkotik götürülüb

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüstəm İmanov saxlanılıb. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 3,884 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır