CƏMİYYƏT


“İçərişəhər”in daimi sakinləri olan pişiklər üçün evciklər qurulub

“İçərişəhər”in daimi sakinləri olan pişiklər üçün 7 ərazidə pişik evcikləri qurulub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal Xidmətinin əməkdaşları pişiklərin gün ərzində üç dəfə yemlənməsinə, evciklərin təmizliyinə nəzarət edirlər. Bu evciklər pişikləri qışda soyuqdan, yayda istidən qorumaq üçün nəzərdə tutulub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu il evciklərin sayını artıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır