CƏMİYYƏT


Naxçıvanlı məktəblilər “Atəşgah məbədi” və Zirə Mədəniyyət Mərkəzində olublar

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 25-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Məbədlə tanışlıq zamanı şagirdlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib.